Millət vəkili: \"\"Mədəniyyət haqqında\" qanuna ciddi dəyişikliklərin edilməsi sosial sifarişdir\"
""Mədəniyyət haqqında" qanuna ciddi dəyişikliklərin edilməsi zəruridir. Çünki bu bir sosial sifarişdir". SİA-nın məlumatına görə, bunu yap.org.az saytına açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva deyib.
Jalə Əliyeva bildirib ki, hələ ötən 3-cü çağırış parlament dövründə bununla bağlı məsələ gündəmə gətirilmişdi. Onun sözlərinə görə, artıq Mədəniyyət və Turizm Nazirliyi, əlaqədar təşkilatlar, o cümlədən Milli Məclisin birlikdə hazırladıqları qanun layihəsinin son variantı da tam hazır vəziyyətdədir.
"Son dövrlərdə də biz bir neçə dəfə bunu müzakirə etmişik. Həmçinin ötən sessiyada da layihənin ilkin variantı komitəmizin geniş müzakirəsindən keçirmişdik. Odur ki, qarşıdan gələn payız sessiyasında bu sənəd plenar iclasın geniş müzakirələrə tövsiyə olunacaq", - millət vəkili bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB