ABŞ Dövlət Departamenti: “Birləşmiş Ştatlar Dağlıq Qarabağın müstəqilliyini tanımır”

ABŞ Dövlət Departamenti: “Birləşmiş Ştatlar Dağlıq Qarabağın müstəqilliyini tanımır”

Dağlıq Qarabağın müstəqilliyi, Birləşmiş Ştatlar da daxil olmaqla, dünyanın heç bir ölkəsi tərəfindən tanınmır. SİA-nın xəbərinə görə, ABŞ-ın belə rəsmi mövqeyini Dövlət Departamenti mətbuat xidmətinin rəsmisi AzərTAc-a Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin sentyabrın 18-də keçirdiyi "yerli özünüidarə orqanlarına seçkilər"inə münasibət bildirərkən deyib.

Amerikalı diplomat vurğulayıb ki, bu "dırnaqarası" seçkilər, Dağlıq Qarabağın yekun hüquqi statusunun münaqişənin danışıqlar yolu ilə dinc həlli prosesinin geniş çərçivəsində müəyyənləşdirilməsinə maneə törətməməlidir.

O əlavə edib: "Biz, ATƏT-in Minsk qrupunun həmsədri kimi tərəflərlə işləyərək Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının prinsipləri, o cümlədən zorakılıqdan çəkinmə, ərazi bütövlüyü, öz müqəddəratını həlletmə və insanların bərabər hüquqları əsasında uzunmüddətli və dinc həlli yolunun tapılmasına sadiq qalırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə