Riçard Kirakosyan: “Ermənistan korrupsiya və oliqarxlardan asılıdır”

Riçard Kirakosyan: “Ermənistan korrupsiya və oliqarxlardan asılıdır”

\"Ermənistan həqiqətən də müstəqildir, lakin demokratiyadan asılı deyil". SİA-nın xəbərinə görə, bunu Regional Araşdırma Mərkəzinin rəhbəri, politoloq Riçard Kirakosyan \"Azadlıq Radiosu\"nun erməni xidmətinə müsahibəsində deyib: "Ermənistan bu gün koppupsiyadan asılıdır: "Hökumət korrupsiya və oliqarxlardan asılıdır. Ona görə ki, oliqarxlar büdcəyə nə qədər vergi ödəməli olacaqlarını özləri həll edirlər. Bundan əlavə gülməli olsa da, Ermənistan dünyada öz ərazisində xarici hərbi bazanın yerləşdirilməsinə görə, təkcə ödəniş edən deyil, həm də bunun üçün xərc çəkən yeganə ölkədir\", - Kirakosyan deyib.

Politoloq hesab edir ki, Ermənistanda müstəqilliyin 20 illiyinin genişmiqyaslı və təmtəraqlı şəkildə bayram edilməsinə hazırlığa baxmayaraq, ölkədə hələ də demokratik institutların yaradılması məsələsində irəliləyişə nail olunmayıb: "Müstəqil Ermənistanın yaşaması sual altındadır Bilirsiniz mövcud siyasi problemlərlə yanaşı, ölkə üçün nisbətən daha ciddi təhlükələr arasında iqtisadi problemlər də var".

Bütün xəbərlər Facebook səhifəmizdə