Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. SİA-nın məlumatına görə, Məzahir Pənahovun sədrliyilə keçirilən iclasda əvvəlcə MSK-nın 26 avqust 2011-ci il tarixli iclas protokolu təsdiqlənib.
Daha sonra MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Birinci şikayət 109 saylı DSK-nın formalaşması ilə bağlı olub. Daxil olan müraciətdə həmin dairənin tərkibinin yenidən formalaşması məsələsi qaldırılıb. Şikayət əsasız sayılaraq geri qaytarılıb.
Eyni zamanda Qabil Orucov Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin şikayətini çatdırıb. Şikayətə əsasən İ. Ağazadə 20 saylı Nərimanov ikinci seçki dairəsinin seçki məntəqələrindən biri formalaşdırılarkən təmsilçilik prinsiplərinin pozulduğunu iddia edib. Onun müraciəti baxılmamış geri qaytarılıb.
İclasda həmçinin 61 saylı Neftçala seçki dairəsi dairə seçki komissiyasının (DSK) tərkibində dəyişiklik edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB