Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət

Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət

Nyu-Yorkda BMT Baş Assambleyasının 66-cı sessiyasında bu gün Fələstinin BMT-nin Baş Assambleyasına üzvlük məsələsinin müzakirəsi gözlənilir. Artıq Fələstin Muxtariyyətinin lideri Mahmud Abbas ötən gecə Nyu-Yorka gedib. Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatı, Rusiya və ABŞ-dan ibarət Yaxın Şərq üzrə beynəlxalq vasitəçilər isə Fələstinin müstəqilliyinin əldə olunmaması üçün BMT-nin baş katibi Ban Ki-Munla görüşüblər. Bu zəmində isə Britaniyanın eks baş naziri Toni Bleyerin Fələstinin nümayəndələrinə yeni "yol xəritəsi" təklif edəcəyi bildirilir. Bundan əlavə İsrailin baş naziri Benyamin Netanyahu Fələstinin BMT-yə üzv olmaq cəhdlərinin nəticəsiz qalacağını bəyan edib. Netanyahu problemin həlli yollarının yalnız birbaşa danışıqlardan keçdiyini vurğulayıb.

Sessiya çərçivəsində ümumi siyasi diskussiya sentyabrın 21-də başlayacaq. Müzakirədən əvvəl Baş katib Pan Gi Mun təşkilatın fəaliyyətinə dair illik hesabatını təqdim edəcək. Siyasi müzakirələrin sentyabrın 27-nə qədər davam etməsi nəzərdə tutulub. Sessiyanın əvvəlində yoluxucu xəstəliklərə həsr olunmuş yüksək səviyyəli toplantının keçirilməsi, sentyabrın 22-də isə Durban Bəyannaməsinin qəbulunun və irqi ayrı-seçkiliklə mübarizəyə dair fəaliyyət proqramının qəbulunun 10-cu ildönümünə həsr olunmuş bir günlük iclas planlaşdırılıb

Dünya liderləri BMT-də

İran prezidenti Mahmud Əhmədinejad da ABŞ-ın Nyu York şəhərinə yola düşüb. Mahmud Əhmədinejad bildirib ki, səfərin əsas məqsədi BMT-nin Baş Assambleyasında iştirak etməkdir: "Öz çıxışımda, təbii ki, dünya idarəçiliyindəki islahatlara toxunacağam".

Gürcüstan Prezidenti Mixail Saakaşvili də sentyabrın 22-də BMT-nin Baş Assambleyasında çıxış edəcək. \"Gürcüstan Prezidentinin çıxışı qlobal və milli təhlükəsizlik, regional problemlər və münaqişələr, Gürcüstanda aparılan islahatlar və digər məsələlərə həsr olunacaq\".

Eyni zamanda Ukrayna Prezidenti Viktor Yanukoviçin də 19-23 tarixlərində BMT-də çıxışı nəzərdə tutulub. Bunu ölkənin prezident administrasiyasının rəhbəri Serqey Levoçkin deyib. O, qeyd edib ki, prezident BMT-nin "Nüvə təhlükəsizlyinin qorunması, infeksiyon olmayan xəstəliklərin profilaktikası" mövzusunda çıxış edəcək.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti isə bu gün Nyu-Yorka səfər edib. Səfər zamanı E. Məmmədyarovun Baş Assambleyanın iclaslarında iştirakı ilə yanaşı, bir sıra ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.

Həmçinin Azərbaycanla bağlı "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" və "GUAM məkanında davamlı münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri" adlı bəndlər BMT Baş Assambleyasının 66-cı sessiyasının plenar iclası gündəliyə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə