“Korrupsiyaya qarşı Mübarizə İdarəsində təhsil sahəsi ilə bağlı bir neçə cinayət işi üzrə istintaq aparılır”-AÇIQLAMA
Bir neçə gün öncə tutduqları
vəzifələrdən kənarlaşdırılan təhsil naziri müavinlərinin Baş Prokuror yanında Korrupsiyaya qarşı
Mübarizə İdarəsinə çağırılması ilə bağlı son günlər mətbuatda yer alan
xəbərlərə aydınlıq gətirilib. SİA-nın xəbərinə görə, Baş Prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə İdarəsininin rəisi Kamran Əliyev bildirib ki,
onların işdən çıxarılması idarənin səlahiyyətində olan məsələ deyil. Onun
sözlərinə görə, idarədə təhsil sahəsi ilə bağlı bir neçə cinayət işi üzrə
istintaq aparılır. K.Əliyev qeyd edib ki, hazırda Təhsil Nazirliyi ilə
bağlı bir neçə cinayət işi istintaq olunur və həmin cinayət işlərinin istintaqı
yekunlaşaraq məhkəmələrə göndərilən zaman ictimaiyyətə məlumat veriləcək. O
vurğulayıb ki, nazir müavinlərinin idarə çağırılması ilə bağlı xəbərlər
əsassızdır və onların heç biri Baş
Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə çağrılmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB