Prezident İlham Əliyev dahi bəstəkar Fikrət Əmirovun abidəsinin açılışında iştirak edib

Prezident İlham Əliyev dahi bəstəkar Fikrət Əmirovun abidəsinin açılışında iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev bu gün Bakıda Fikrət Əmirov küçəsində görkəmli bəstəkarın xatirəsinə ucaldılmış abidənin açılışında iştirak edib. SİA-nın məlumatına görə, prezidentə məlumat verilib ki, müəllifi əməkdar rəssam Namiq Dadaşov olan tuncdan hazırlanan abidənin hündürlüyü 3,6 metrdir. Abidənin ətrafında park salınıb, abadlıq işləri aparılıb.


Prezident abidənin üzərindəki örtüyü götürüb, önünə gül dəstəsi qoyub.


Sonra Azərbaycan prezidenti musiqi ictimaiyyətinin tanınmış nümayəndələri ilə görüşüb.


Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, SSRİ-nin xalq artisti, "Sevil" operasının ilk ifaçısı Firəngiz Əhmədova və görkəmli bəstəkar Fikrət Əmirovun oğlu Cəmil Əmirov dövlət başçısına Azərbaycan musiqi sənətinin inkişafına göstərdiyi diqqət və qayğıya görə təşəkkür ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə