“MÜASİR AZƏRBAYCAN - 20: Davamlı və sürətli inkişaf strategiyası” adlı dəyirmi masa keçirilib - FOTOSESSİYA
Səbail Rayon İcra Hakimiyyəti və "Azərbaycan" qəzetinin təşkilatçılığı ilə "Ramada" otelində "MÜASİR AZƏRBAYCAN - 20: Davamlı və sürətli inkişaf strategiyası" adlı dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, "Azərbaycan" qəzetinin baş redaktoru və Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, həmçinin rayonun sənaye, elm, təhsil, mədəniyyət müəssisələrinin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, veteranlar, gənclər, din xadimləri, mətbuat işçiləri iştirak edib.
Bəxtiyar Sadıqov tədbirdə çıxış edərək Azərbaycanın müstəqilliyinin 20 illiyindən, eyni zamanda ulu öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyi uğrunda apardığı mübarizədən, həyata keçirdiyi siyasətdən danışıb.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək rayonda son illər əldə edilən uğurlardan, qazanılan nailiyyətlərdən, ölkə prezidenti İlham Əliyevin yürütdüyü sosial-iqtisadi inkişaf siyasətindən söz açıb: "Bu gün xalq öz rəhbərinə inanır, taleyinə etibar etdiyi prezidentin gördüyü işlər, atdığı addımları dəstəkləyir, onun başçılığı altında Azərbaycanın gələcəyinə inamla baxır".
Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetin dosenti, Yeni Azərbaycan Partiyasının ilk ərazi təşkilatının sədri, tarix elmləri namizədi Zəfər Bayramov, YAP Səbail rayon gənclər birliyinin sədr müavini Faiq Qurbanov və digərləri çıxış ediblər.
Könül Yazar
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB