Azərbaycan prezidenti İlham Əliyev Bakıdakı 6 saylı məktəbin yenidənqurmadan sonra açılışında iştirak edib - FOTOSESSIYA

Azərbaycan prezidenti İlham Əliyev Bakıdakı 6 saylı məktəbin yenidənqurmadan sonra açılışında iştirak edib - FOTOSESSIYA

Azərbaycan paytaxtında 6 saylı orta məktəb sentyabrın 15-də yenidənqurmadan sonra istifadəyə verilib. SİA-nın məlumatına görə, Azərbaycan Respublikası prezident İlham Əliyev açılışda iştirak edib. Dövlət başçısı müəllim, şagird və valideynlər qarşısında çıxış edərək onları yeni dərs ilinin başlanması münasibətilə təbrik edib.

Məktəbin böyük tarixə malik olduğunu qeyd edən prezident bu təhsil müəssisənin bir çox məzununun Azərbaycanın inkişafına dəyərli töhfələr verdiyini xatırladıb. Dövlət başçısı yenidənqurma işlərindən sonra məktəbin ən yüksək standartlara cavab verdiyini deyib.

Məktəbin binası qarşısında dövlət başçısı vaxtı ilə ona dərs deyən müəllimləri ilə görüşüb, onlarla söhbət edib. Təhsil ocağının müəllimləri xatirələrini bölüşərək, 6 saylı orta məktəbin məzunu olan Azərbaycan prezidenti İlham Əliyevin fəaliyyətini diqqətlə və böyük fəxr hissi ilə izlədiklərini vurğulayıblar.

Prezident İlham Əliyev yenidənqurmadan sonra məktəbdə yaradılan şəraitlə tanış olub, siniflərdə dərs prosesi ilə maraqlanıb. Yenidənqurma zamanı məktəbdə bütün infrastruktur yenilənib, xüsusi təhlükəsizlik sistemi yaradılıb. Tədris müəssisəsinin həyətində, dəhlizlərində və sinif otaqlarında baş verən proseslər 14 xarici və 97 daxili video kamera vasitəsilə izlənilir.

Sonra məktəbin direktoru Gülşən Orucova məktəbdə fəxri məzunlar klubunun təşkil edildiyini bildirərək, bu klubun döş nişanını dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev məktəbin xatirə lövhəsini imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə