Bu gün şəhərin əksər hərəkət istiqamətlərində tıxaclar yaranıb
\"Yeni dərs ilinin başlaması ilə əlaqədar bu gün adi günlərdən fərqli olaraq şəhərin əksər hərəkət istiqamətlərində tıxaclar yaranıb. Hazırda Cavanşir körpüsündən Üzeyir Hacıbəyli küçəsi istiqamətində, eynilə də "Azadlıq" prospektindən, Zərifə Əliyeva, Rəsul Rza küçəsindən Afiyəddin Cəlilov kəsişməsində, Yusif Səfərov küçəsindən 10-cu zavod dairəsi istiqamətində, Ziya Bünyadov prospektindən və Atatürk prospektindən Gənclik metrosu istiqamətində, Bakıxanov küçəsi ilə Səməd Vurğun küçəsi istiqamətində Bakıxanov körpüsü də daxil olmaqla və digər mərkəzi yollarda yaranan tıxaclar şəhər nəqliyyatını iflic vəziyyətə salıb\". Bunu SİA-ya açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov bildirib. Tixacların hələ də davam etdiyini deyən V.Əsədov polis işçilərinin bu gün gücləndirilmiş iş rejimində çalışdıqlarını və yaranmış vəziyyətin tez bir zamanda aradan qaldırılması istiqamətində işlərin görüldüyünü bildirib.
O həmçinin qeyd edib ki, tıxacların yaranmasının digər səbəbi yol hərəkəti qaydalarına düzgün riayət olunmaması və şəxsi avtomobillərdən çox istifadə olunmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB