Vəkil “Yeni Müsavat”ın təkzib verməsini tələb edir - ETİRAZ

Vəkil “Yeni Müsavat”ın təkzib verməsini tələb edir - ETİRAZ

Abşeron rayonu hüquq məsləhətxanasının vəkili Nizami Abbasov Mətbuat Şurasını sədri Əflatun Amaşov və "Yeni Müsavat" qəzetinin təsisçisi Rauf Arifoğluna müraciət ünvanlayıb. SİA-nın xəbərinə görə, müraciətdə bildirilir ki, "Yeni Müsavat" qəzetinin 2011–ci il sentyabr ayının 8-i və 13-də dərc olunan nəşrlərində vəkilin hüquqlarını müdafiə etdiyi Gəncə şəhəri Nizami rayonunun hərbi komissarı Nəsibov Bəhmənin adından həqqiqətə uyğun olmayan məqalələr verilib. Qeyd olunub ki, həmin yazılarda ağır cinayət hadisələri barədə qeyd olunan ifadələr B.Nəsibovun adından verilməsinə baxamayaraq, bu yazılardakı fikirlər onun dilindən səslənməyib.

"Belə ki, Yeni Müsavat qəzetinin 08.09.2011-ci il və 13.09 2011-ci il nəşrində axtarışda olan sabiq hərbi komissar Bəhmən Nəsibov "Müdafiə naziri ilə Aslan Aslanov zabiti göstərib dedilər ki,.." məqaləsində qeyd olunan sözlərin heç birisi Bəhmən Nəsibov tərəfindən ifadə olunmayıb. Məqalə müəllifi bununla Bəhmən Nəsibovu ağır cinayyətdə günahlandırıb, şərəf və ləyaqətini alçaldıb, onu və ailə üzvlərini mənəvi əzablar çəkməsinə, prixolojisarsıntəlar keçirməsinə səbəb olub", - deyə müraciətdə qeyd olunur.

Bu müraciətlə vəkil qeyd olunanları nəzərə alaraq "Yeni Müsavat" qəzetinin 08.09.2011-ci il tarixli nəşrlərində Bəhmən Nəsibovun adından verilmiş yalnış ifadələr dair təkzib verilməsini xahiş edib. O, müraciətə qanunda nəzərdə tutulan vaxtda cavab verilməsini rica edib.

Abşeron rayonu hüquq məsləhətxanasının vəkili Nizami Abbasov məsələ ilə əlaqədar hüquq mühafizə orqanlarına da müraciət edərək mövcud məsələ ilə bağlı lazımi işlərin görülməsini istəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə