Türkiyəli nazir: “Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Türkiyəyə dəvət ediləcək” - AÇIQLAMA
Türkiyə Azərbaycanla səhiyyə sahəsi üzrə böyük əməkdaşlıq edir və qarşılıqlı təcrübə mübadiləsi aparır. SİA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycanda keçirilən Ümumdünya Səhiyyə Təşkilayının Avropa Regional Komitəsinin 61-ci sessiyasında iştirak etmək üçün Bakıya səfər edən Türkiynin səhiyyə naziri Rəcəb Akdağ jurnalistlərə açıqlamasında bildirib.
Nazir bildirib ki, qarşıdakı günlərdə də bu tədbirlər davam etdiriləcək. Onun sözlərinə görə, belə bir tədbirin Azərbaycanda keçirilməsi çox vacibdir və səfər bu təcrübələrin bölüşməsi üçün əhəmiyyətli olacaq.
Azərbaycanın son illərdə səhiyyə sahəsində çox böyük irəliləyişlər əldə etdiyini deyən R.Akdağ bu ölkənin səhiyyə sahəsində mühüm işlər həyata keçirdiyini söyləyib. Nazir Azərbaycan dövlətinin ən başlıca məqsədinin səhiyyə sahəsində xalqa xidmət etmək olduğunu da əlavə edib. Onun sözlərinə görə, səfər çərçivəsində Azərbaycanın Səhiyyə Nazirliyində görüş keçiriləcək və təcrübələrin mübadiləsi üçün səhiyyə naziri Oqtay Şirəliyev Türkiyəyə dəvət ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB