Ermənistan Silahlı Qüvvələri yenidən atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri yenidən atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələrinin bölmələri altı istiqamətdə atəşkəs rejimini pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 12-də saat 12.15-dən 12.25-dək Ağdam rayonunun Sarıjalı kəndi yaxınlığında yerləşən mövqelərdən - saat 15.15-dən 15.30-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən - saat 22.25-dən 22.30-dək, sentyabrın 13-də saat 00.40-dan 00.50-dək və 01.10-dan 01.20-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qaraxanbəyli və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən- saat 02.35-dən 02.43-dək Ermənistan Respublikasının İcevan rayonunun Vozaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə