Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 22-27 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-22 dərəcə olacaq.
Azərbaycanın rayonlarında isə bu gün əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 24-29 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 16-21 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz gəlincə yaxın 3 gün ərzində Abşeron yarımadasında mülayim hava şəraiti və meteoroloji amillərin əsasən normal sutkalıq gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB