Bəziləri gözəlliyi zahiri görünüşdə görür, bəziləri isə onu daxili aləmdə axtarır. Bir sözlə, hamımız gözəlliyi sevir, daima onu axtarır, görəndə ondan zövq alırıq. Bu gün isə gözəllik deyilən anlayışa xüsusi diqqət yetirilir. Dünyada kosmetologiya aləmində böyük irəliləyişlər nəzərə alınaraq 1995-ci ildə Ümumdünya Konqresi 9 sentyabrın Gözəllik günü kimi qeyd edilməsi barədə qərar qəbul edib.
Dünya ölkələrinin əksəriyyətində gözəllik yarışmaları məhz bu günə təsadüf edir. Hətta ölçüsü gözəllik meyarları ilə üst-üstə düşməyən xanımlar üçün də müxtəlif festivallar təşkil olunur. Əlbəttə ki, gözəllik deyəndə göz önündə ilk növbədə qadın məfhumu dayanır.
\"Qurani-Kərim\"in \"Nəhl\" surəsinin 30-cu ayəsində oxuyuruq: \"Dünyada gözəl iş görənlərə gözəllik vardır\". Bu fikirdə böyük bir həyati məntiq var. Məhz bu fikir gözəllik anlamının əsl məğzini tam açır. Onun yalnız zahir üçün mahiyyət daşımadığını sübuta yetirir. Dilimizdə belə bir məsəl var. "Deyir, gedər camal, qalar kamal". Əsl gözəllik də elə kamalın gözəlliyidir. Tanrı tərəfindən bəxş olunan gözəllikləri qoruyub saxlayan və hər gün yenisini yaradan da elə kamalın gücüdür. Tanrının bizə bəxş etdiyi min bir gözəlliyi isə sadəcə seyr etmək yox, dərk etmək gərəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB