Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Dmitri Medvedyevə başsağlığı məktubu göndərib. SİA-nın xəbərinə görə, məktubda deyilir: "Yaroslavl yaxınlığında çoxsaylı insan tələfatı ilə nəticələnmiş təyyarə qəzası haqqında xəbər məni dərindən sarsıdıb.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm".
Qeyd edək ki, içərisində "Lokomotiv" xokkey komandasının üzvlərinin olduğu "YAK-42" tipli təyyarənin sentyabrın 7-də Yaroslavl yaxınlığında qəzaya uğraması nəticəsində 43 nəfər həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB