Ermənistan ordusu Ağdamın işğal altında olan ərazilərində hərbi təlimlərə başlayıb

Ermənistan ordusu Ağdamın işğal altında olan ərazilərində hərbi təlimlərə başlayıb

Ermənistan Silahlı Qüvvələri işğal olunmuş ərazilərində hərbi təlimlərə başlayıblar. SİA-nın Qarabağ üzrə bölgə müxbirnin verdiyi məlumata görə, düşmən ordusunun həyata kecirdiyi irimiqiyaslı hərbi təlimlər Ağdam rayonun işğal altında olan ərazilərində həyata kecirilir.

Erməni hərbiciləri təlimlərdə ağır artilleriya və zirehli texnikadan istifadə edir. Partlayış səsləri təmas xəttinə yaxın ərazilərdə acıq-aydın eşidilir. Hazırda təlimlər davam edir.


Şamxal Cəliloğlu


Bütün xəbərlər Facebook səhifəmizdə