Tiqran Xzmalyan: “Ermənistan üçün ən böyük təhlükə Türkiyə və ya Azərbaycan deyil, ölkədə hakim rejimdir”
"Sovet İttifaqından miras qalmış pis nə varsa Ermənistanda qorunub saxlanılıb, biz sosial bərabərlik və sosial müdafiə baxımından müsbət nailiyyətlərdən asanlıqla imtina etmişik, amma bunun əksinə, xüsusi xidmət orqanlarının özbaşınalığından və digər qüsurlardan xilas olmamışıq". SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumatına görə, bunu "Sardarapat" hərəkatının təşəbbüs qrupunun üzvü, erməni kinorejissor Tiqran Xzmalyan mətbuat konfransında deyib.
Tiqran Xzmalyan 20 yaşlı respublikanı döyülüb, alçaldılan və taleyin hökmünə buraxılan gənc əsgərlə müqayisə edib. Onun sözlərinə görə, "Ermənistan üçün ən böyük təhlükə Türkiyə və ya Azərbaycan deyil, ölkədə hakim rejimdir".
Tiqran Xzmalyan qeyd edib ki, "Sardarapat" hərəkatı rejimlə hər hansı formada əməkdaşlıq imkanını istisna edir: "Yaranan vəziyyətdən yeganə çıxış yolu rejimin devrilməsinə yönəldilmiş vətəndaş itaətsizliyi və xalq tərəfindən seçilmiş qanuni hökumətin qurulması olub və olaraq qalır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB