Belqrad şəhərində səfərdə olan Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov 6 sentyabr 2011-ci il tarixində Serbiyanın Baş naziri Mirko Çvetkoviç ilə görüş keçirib. XİN mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş zamanı iki ölkə arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu qeyd olunub, eyni zamanda, tərəflər arasında iqtisadi, ticarət, investisiya, energetika, turizm və hava nəqliyyatı sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
Görüşdə eyni zamanda, Hökumətlərarası Komissiyanın iclasına hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB