Politoloq: “Ermənistan ordusunun daxilində başlayan qarabağlı-yerevanlı davası hətta erməni diasporunu da əhatə edib” - MÜNASİBƏT

Politoloq: “Ermənistan ordusunun daxilində başlayan qarabağlı-yerevanlı davası hətta erməni diasporunu da əhatə edib” - MÜNASİBƏT

Ermənistanın qabağında qırmızı xətt var. Bu qırmızı xətti Ermənistanm indiki rəhbərliyi özü yaradıb. SİA-nın xəbərinə görə, bunu keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib. Onun sözlərinə görə, Ermənistan xalqının və rəhbərliyinin bu qırmızı xətti aşması qeyri-mümkündür. Bunun isə müxtəlif səbəbləri var: "Birincisi, Ermənistan və dünyada ermənilərin sayı artmayacaq. 10 il bundan əvvələ qədər sayları 15 milyon hüdudlarında göstərilən dünya erməniləri indi 10 milyona qədər göstərilir. Assimilyasiya dünya ermənilərini qırır.

İkincisi, Ermənistanm boşalmasının qarşısı alına bilməz. S.Sarkisyanın bu istiqamətdə ciddi səylərinin nəticəsizliyi qırmızı xəttin harada olduğunu aydın göstərir.

Üçüncüsü, Ermənistan iqtisadi cəhətdən qüdrətli dövlət olmayacaq. İndi dünyanın iqtisadi quruluşu daha çox borclu dövlətin borcunun artmasına şərait yaradır. Ermənistanm dövlət borcu büdcəsindən 2,5 dəfə çoxdur.

Dördüncüsü, Ermənistan heç vaxt əvvəlkitək güclü geosiyasi dəstəyə malik olmayacaq. El arasıda məsəl var: batırmadığı ocaq başı qalmayıb. Problemli münasibətləri olan ölkələrin sırasına Rusiya və ABŞ-dan başqa İranı da qoşur. Hələ ki, yeganə problemsiz münasibətlər sistemi Çinlədir. Yəqin bir azdan Çin də Ermənistana layiq, təhqirli alçaldıcı təkliflər verəcəkdir.

Beşincisi, Ermənistan ordusu bərbad gündədir. Ermənistan ordusunun daxilində başlayan qarabağlı-yerevanlı davası bu gün nəinki Ermənistanı, hətta diaspor ermənilərini də əhatə edib. Müharibə başlayarsa, ermənilərin iki qrupa bölünüb, bir-birinə qarşı atəş açmaq ehtimalı getdikcə artır".

Politoloq hesab edir ki, qırmızı xəttin yaranmasında erməni xalqınm tarixi, milli şüuru və bu günkü rəhbərliyi iştirak edib. Ona görə indiki rəhbərlik o qırmızı xətti aşıb keçmək gücünə malik olmayacaq.

M.Əhmədoğlu həmçinin vurğulayıb ki, hazırda iqtidar-müxalifət dialoqu ölkədaxili proseslərin ən aktualdır. Ümumilikdə Ermənistanda baş verən siyasi, iqtisadi və geosiyasi proseslərin intensivliyi azalıb: "Bu, təkcə yay fəsli ilə əlaqəli deyil. Ermənistan rəhbərliyi indi çalışır ki, ölkədaxili proseslərə yeni stimul versin. Atılan addımların effektsizliyi də siyasi həyatın süstlüyünə şərait yaradır. Ən azı, ölkədaxili neqativ proseslərin qarşısı alınmayıb. İqtidar-müxalifət dialoqu dedikdə hakim koalisiya ilə Erməni Milli Konqresi arasında gedən danışıqlar nəzərdə tutulur. Hakim \"Respublika\", Q.Sarukyanm \"Çiçəklənən Ermənistan\" və A.Baqdasaryanm \"Orinats Yerkir\" (Qanunlar Ölkəsi) partiyalarından ibarət hakim koalisiyamn müxalifət yönümlü 22 təşkilatını özündə birləşdirən və rəhbəri eks-prezident L.Ter-Petrosyan olan Erməni Milli Konqresi (EMK) arasında gedən danışıqlar kifayət qədər ciddi diqqət mərkəzindədir. Erməni Milli Konqresini Ermənistanda ən güclü müxalifət hərəkatı hesab etmək olar, amma digər müxalif partiyaların mövcudluğu EMK-ya müxalifətin adından tam danışmaq səlahiyyətini vermir".

Bütün xəbərlər Facebook səhifəmizdə