Əli Həsənov: \"Dağlıq Qarabağ problemi beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır\" - MÜNASİBƏT

Əli Həsənov: \"Dağlıq Qarabağ problemi beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır\" - MÜNASİBƏT

"Dağlıq Qarabağ probleminin nizamlanma prosesi ilə bağlı dəfələrlə bəyan etmişik ki, bunun sadə formulu var - məsələ beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır\". Bunu Mərkəzi Seçki Komissiyasında jurnalistlərə açıqlamasında Prezident Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.


Ermənistan prezidentinin açıqlamasına münasibət bildirən PA rəsmisi qeyd edib ki, bu formulla bağlı Azərbaycan prezidenti dəfələrlə danışıb, danışıqlar prosesinin hansı məsələlər ətrafında getdiyini də söyləyib: \"Yəni, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, Dağlıq Qarabağda yaşayan bütün əhalinin milli, etnik vətəndaş hüquqları və dinc şərait təmin olunmalıdır. Bu normalar artıq bəllidir və neçə illərdir bu normalar ətrafında danışıqlar gedir. Sadəcə olaraq Ermənistan tərəfinin iradəsizliyi, yaxud öz iradəsindən asılı olmamağı, qeyri-konstruktivliyi, yaxud qeyri-konstruktivliyə məcbur edilməsi bu proseslərin getdikcə ləngiməsinə səbəb olur".


Əli Həsənov deyib ki, Dağlıq Qarabağ probleminin həlli gec-tez tapılmalıdır: "Əks təqdirdə "nə müharibə, nə sülh" şəraiti - torpaqların işğal altında qalması, məcburi köçkünlərin müvəqqəti yaşayış yerlərində məskunlaşması uzun müddət davam edə bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə