Rəsmi Tiflis: “Gürcüstan Rusiyanın hərbi yüklərini Ermənistana buraxmayacaq”

Rəsmi Tiflis: “Gürcüstan Rusiyanın hərbi yüklərini Ermənistana buraxmayacaq”

Gürcüstan öz hava məkanını Rusiyanın hərbi yüklərinin Ermənistana tranziti üçün açmayıb. SİA-nın gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze bu gün keçirdiyi brifinqdə deyib.

N.Kalandadze Rusiya ilə bu məsələ ilə bağlı sazişin Gürcüstan tərəfindən ləğv edildiyini xatırladıb.

Qeyd edək ki, belə tranzit haqqında xəbəri Wikileaks saytı yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə