Səməd Seyidov: “Azərbaycandakı siyasi məhbuslarla bağlı AŞPA-da qəbul edilmiş qərar obyektivlikdən uzaqdır” - AÇIQLAMA
Azərbaycandakı siyasi məhbuslarla bağlı bu qurumda qəbul edilmiş qərar obyektivlikdən uzaqdır. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib. Onun sözlərinə görə, siyasi məhbuslarla bağlı AŞPA-da qəbul edilən qərarın yalnız Azərbaycana qarşı tətbiq etmək qeyri-obyektivdir: "Hesab edirəm ki, Avropa Şurası yavaş-yavaş dərk etməlidir ki, Azərbaycan 10 il bundan qabaq Şuraya yeni üzv olan ölkə deyil. Azərbaycan çox güclü beynəlxalq münasibətlərə malik olan ölkədir. Azərbaycan bu ölkədə gedən müxtəlif proseslərlə hesablaşmağa müxtəlif beynəlxalq təşkilatları, o cümlədən Avropa Şurasını məcbur etməlidir. Biz öz təkliflərimizi konkret şəkildə ortaya qoymuşuq. Demişik ki, bunu yalnız Azərbaycana qarşı tətbiq etmək qeyri-obyektivdir. Azərbaycan AŞPA ilə insan haqları üzrə yüksək səviyyəli əməkdaşlıq edib və bu əməkdaşlığı davam etdirəcək".
AŞPA-nın oktyabrda başlayacaq sessiyasına toxunan S.Seyidov bildirib ki, qurumun iclasında Dağlıq Qarabağ bağlı məsələdə qaldırılacaq: "AŞPA-nın oktyabrda başlayacaq sessiyasında bu məsələni qaldıracağıq. Payız sessiyasında Azərbaycanla bağlı birbaşa məsələnin müzakirəsi gözlənilmir. Amma Azərbaycan Avropa məkanının ayrılmaz tərkib hissəsidir. Ona görə də Avropada gedən məsələlər bizi maraqlandırır. O cümlədən biz hər bir sessiyada Dağlıq Qarabağla bağlı məsələni qaldırırıq və bu sessiya da istisna olmayacaq. Bu sessiyada Dağlıq Qarabağ məsələsi eşidiləcək və nümayəndə heyəti bununla bağlı çıxışlar edəcək, sənədlər təqdim edəcək və görüşlər keçirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB