Azərbaycan və Tacikistan prezidentləri arasında telefon danışığı olub

Azərbaycan və Tacikistan prezidentləri arasında telefon danışığı olub

Azərbaycan prezidenti İlham Əliyev avqustun 31-də Tacikistan prezidenti Emoməli Rəhmona zəng edib.


Azərbaycan prezidentinin mətbuat xidmətindən SİA-ya verilən məlumata gorə, telefon sohbəti zamanı dövlət başçıları ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edib, əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğunu qeyd ediblər.


Prezidentlər muqəddəs Ramazan bayramı münasibətilə bir-birini təbrik edib, xalqlarımıza əmin-amanlıq və firavanlıq arzulamışlar.


Dovlət başcıları regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi də aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə