Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının bu il keçirilməsi planlaşdırılır
Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası iclasının bu ilin oktyabr və ya noyabr aylarında keçirilməsi planlaşdırılır. SİA-nın verdiyi məlumata görə, bu barədə jurnalistlərə Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç məlumat verib.
Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edən Hulusi Kılıç bildirmişdir ki, Azərbaycan müstəqillik qazandıqdan sonra iki ölkə arasında hərbi sahədə əməkdaşlıq gündən-günə genişlənir. Getdikcə güclənən Azərbaycan ordusu bölgənin ən güclü ordularından birinə çevrilib.
Azərbaycan və Türkiyə arasında imzalanacaq qaz sazişləri ilə bağlı suala cavab verən H.Kılıç bu məsələdə hər iki tərəfin mütəxəssiləri tərəfindən texniki məsələlərin müzakirə olunduğunu diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB