Batumidə Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyası məsələsinə həsr olunan dəyirmi masa keçirilib

Batumidə Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyası məsələsinə həsr olunan dəyirmi masa keçirilib

Bu gün Gürcüstanın Batumi şəhərində Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş tədbirlər cərcivəsində keçirilən \"Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyası Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı kontenstində\" mövzusunda dəyirmi masa kecirilib. SİA-nın xəbərinə görə, dəyirmi masanı giriş sözu ilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov açaraq keçirilən dəyirmi masanın Gürcüstanda yaşayan azərbaycanlıların Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafındakı roluna dair muzakirələrin təşkilinə nail olmaqdır. Gürcüstan azərbaycanlılarının yerli cəmiyyətə inteqrasiyası məsələsinin həm Azərbaycan, həm də Gürcüstan dövlətinin daim diqqət mərkəzində olduğunu qeyd edən Dövlət Komitəsi sədri bu istiqamətdə otən müddət ərzində bir sıra tədbirlərin həyata keçirildiyini bildirib.

Dəyirmi masada məruzə ilə cıxış edən Gürcüstanın Reinteqrasiya məsələləri üzrə dövlət naziri Yekaterina Txeşeloşvili çıxış edərək ülkə hakimiyyətinin etnik azlıqların hüquqlarının aktiv şəkildə qorunmasında maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, etnik mənsubiyyətindən asılı olmayaraq bütün Gürcüstan vətəndaşları cəmiyyətə inteqrasiya olunmalıdırlar. 2009-cu ildə \"Tolerantlıq və vətəndaşların inteqrasiyası\" konsepsiyasının qəbul olunduğunu qeyd edən nazir, həmin konsepsiyanın etnik azlıqların da cəmiyyətə inteqrasiyasını özündə ehtiva etdiyini bildirib. O, Gürcüstanda etnik azlıqların özünəməxsusluqlarını qoruyub saxlaya bilmələri ücün də işlərin görüldüyünü qeyd edib.

\"Gürcüstanda təhsil sferası müxtəlifliklərin qorunmasını özündə ehtiva edir. Azərbaycanlılara gürcü dilinin öyrədilməsi sahəsində də işlər gorulur. Dövlət dilini bilmədiklərinə görə, onlar cəmiyyət həyatından təcrid olunmamalıdırlar. Azərbaycanlılar üçün ali məktəblərdə kvotalar var. Ali təhsilə qədər azərbaycanlılar gürcü dilindən hazırlıq kecirlər. Həmin hazırlıq dövlət tərəfindən həyata kecirilir. Statistika göstərir ki, bu təşəbbusumuz uğurlu alınıb və Gürcüstanın ali təhsil muəssisələrində təhsil alan azərbaycanlıların sayı artır\", - nazir bildirib. Yekaterina Txeşeloşvili Gürcüstan dövlətinin azərbaycanlıların ənənələrinin qorunmasında da maraqlı olduğunu vurğulayıb.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin muşaviri Şövqi Mehdizadə Azərbaycan və Gürcüstanın strateji tərəfdaşlığının regionda təhlukəsizliyinin təmin olunmasında muhum rol oynadığını qeyd edərək, bölgədə həyata keçirilən qlobal layihələrin məhz bu tərəfdaşlığın sayəsində həyata keçirildiyini bildirib.

ARDNŞ-in Gürcüstanda ən iri vergiödəyicisi olduğunu qeyd edən Şövqi Mehdizadə Gürcüstanda ümumilikdə 200-dək Azərbaycan şirkətinin qeydiyyatdan keçdiyini, onlardan 50-nin olkə iqtisadiyyatında özünəməxsus rol oynadığını bildirib. Səfirliyin dəstəyi ilə Gürcüstanda Azərbaycanlı İş adamlarının birliyinin yaradıldığını və onun ölkəyə yeni gələn Azərbaycan şirkətlərinə dəstək verdiyini qeyd edən analoji qurumun Azərbaycanda fəaliyyət göstərən Gürcüstan şirkətləri tərəfindən təsis olunmasının da əhəmiyyəli olduğunu bildirib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri mədəniyyət sahəsində də əməkdaşlığın nəzərəçarpacaq nəticələri olduğunu qeyd edib. O, Azərbaycanın bir neçə teatrının Gürcüstanda tamaşaları qoyulduğunu, Gürcüstan və Azərbaycan yazıçı və şairlərinin əsərlərinin muvafiq olaraq Azərbaycan və gürcü dillərində nəşr edilməsi sahəsində də iş aparıldığını vurğulayıb. Şövqi Mehdizadə Azərbaycanla Gürcüstanın strateji tərəfdaşlığının dərin tarixi köklərə əsaslandığını qeyd edərək iki xalqın mədəniyyət və incəsənət sahəsindəki əlaqələriminin zəngin təcrubəsinin onlara bu işdə kömək etdiyini bildirib.


Konul Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə