Əhməd Davudoğlu: “Qonşu ölkələrlə münasibətlərdə gərginliyin yaranmasına səbəb bu ölkələrin özlərinin siyasətindən yaranır\"
"Bəzi qonşu ölkələrlə münasibətlərdə gərginliyin yaranmasına səbəb bu ölkələrin özlərinin siyasətindən yaranır". SİA-nın "tert.am" saytına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu "NTV" telekanalına müsahibə verərkən deyib: "Ermənistan, Suriya və İraqla son günlərdə müşahidə edilən gərginliyin səbəbi kimi rəsmi Ankaranın "qonşularla sıfır problem" siyasətini elan etməsi göstərilir, bu da həmin ölkələrin siyasətindən doğur",- vurğulayan Davudoğlu regionda Ermənistanın konstruktivlikdən kənar mövqe nümayiş etdirməsi, Suriya hökuməti tərəfindən sülh əhalisinə qarşı hərbi gücün tətbiqi və İraqın şimalındakı PKK terror qruplarının zərərsizləşdirilməsi üçün Ankaranın hərbi əməliyyatlara başlaması bu qonşularla əlaqələrdə müəyyən gərginlik yaratdığını bildirib.
Türkiyə XİN-i bildirib ki, "qonşularla sıfır problem" siyasəti o demək deyil ki, Türkiyə regionda baş verən hadisələrə laqeyd olacaq və öz təhlükəsizliyini təmin etmək üçün təşəbbüs göstərməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB