Prezident İlham Əliyev Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının sammitində iştirak edəcək

Prezident İlham Əliyev Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının sammitində iştirak edəcək

Azərbaycan prezidenti İlham Əliyev Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının sammitində iştirak etmək üçün Qazaxıstana səfərə gedəcək. SİA-nın verdiyi məlumata görə, bu barədə jurnalistlərə Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov məlumat verib.

Onun sözlərinə görə, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının sammiti oktyabrın 20-21-i tarixlərində Almatı şəhərində keçiriləcək. Prezident İlham Əliyev sammitdə iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 20-də Qazaxıstana rəsmi səfər edəcək. İki gün davam edəcək səfər çərçivəsində ikitərəfli əməkdaşlığın müxtəlif sahələrinə dair dövlətlərarası sazişlər imzalanacaq. İmzalanacaq sənədlər arasında gəmi ticarəti, neft hasilatı və mədəniyyət sahəsində əməkdaşlığı nəzərdə tutan sazişlər var.

Bütün xəbərlər Facebook səhifəmizdə