Paytaxtın mərkəzi küçələri 5 günlük bağlanıb

Paytaxtın mərkəzi küçələri 5 günlük bağlanıb

Bakıda təmir-tikinti işləri ilə əlaqədar yollar bağlanıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, təmir-tikinti işləri ilə əlaqədar olaraq İstiqlaliyyət küçəsindən Niyazi küçəsinə və Niyazi küçəsindən Azərbaycan prospekti istiqamətinə bütün yollar 5 gün müddətində bağlı olacaq.

Bakı şəhər DYPİ sürücülərə və avtomobil sahiblərinə alternativ yollardan istifadə etməyi məsləhət görür.

Bütün xəbərlər Facebook səhifəmizdə