Elnur Aslanov: “Mübariz İbrahimov və Ramil Səfərov kimi qəhrəmanlar Azərbaycan xalqına ikinci nəfəs gətirdilər”

Elnur Aslanov: “Mübariz İbrahimov və Ramil Səfərov kimi qəhrəmanlar Azərbaycan xalqına ikinci nəfəs gətirdilər”

"Eurovision-2011" mahnı müsabiqəsində qələbə, idmançılarımızın beynəlxalq yarışlarda uğuru, Mübariz İbrahimov və Ramil Səfərov kimi qəhrəmanların öz şücaəti ilə torpaqlarını itirmiş, əzəli torpaqlarından didərgin düşmüş və Azərbaycan cəmiyyətinə mənən psixoloji sarsıntı gətirmiş düşmənə qarşı olması ilə Azərbaycan xalqına ikinci nəfəs gətirdi, özünə inamı dirçəltdi". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov IX ASAIF beynəlxalq yay forumunda çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə, Azərbaycan gənclərinin uğuru haqqında danışarkən bu faktı qeyd etmək lazımdır ki, Azərbaycanın informasiya müharibəsində əldə etdiyi nailiyyətlərin çox hissəsi xaricdə təhsil alan gənclərin adı ilə bağlıdır: "İnformasiya müharibəsi yalnız tarixi faktlarla atışmaq deyil. İnformasiya müharibəsi Azərbaycanın inkişafının təmini, qədim və zəngin mədəniyyətimizin təbliği, keçmişimiz və bu günümüz haqqında danışmağımızdır. Vəzifəsindən, sosial mövqeyindən və yaşadığı yerdən asılı olmayaraq bütün gənclər Dağlıq Qarabağ haqqında həqiqətləri çatdırmalıdır. Bəzən siz gənclər biz məmurların edə bilmədiklərini edirsiniz. Sizin əliniz bəzən bizim əlimizin çatmadığı yerlərə çatır. Bizə yüksək intellektli, fəal mövqeyi olan gənclər lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə