Fövqəladə Hallar Nazirliyində Fələstinin Azərbaycandakı səfiri ilə görüş olub

Fövqəladə Hallar Nazirliyində Fələstinin Azərbaycandakı səfiri ilə görüş olub
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Fələstinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nasser Abdul Kareem A. Raheemini qəbul etmişdir. Görüşdə fövqəladə halların idarə edilməsi sahəsindəki əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib. SİA-nın xəbərinə görə, nazir Kəmaləddin Heydərov qonağa nazirliyin struktur bölmələri və fəaliyyəti haqqında ətraflı məlumat verərək tərəflər arasında əməkdaşlıq imkanlarını yüksək qiymətləndirdiyini bildirib.
Səfir də öz növbəsində, bu sahədə Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulanıb.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər haqqında geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə