Şəki Regional Elektrik Şəbəkəsində istehlak 33,8 milyon kilovatsaata yaxın olub
İstehlakçılara verilən elektrik enerjisinin sayğac əsasında həyata keçirilməsi sayəsində ifrat yüklənmələr əsasən aradan qaldırılmış, istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatının səviyyəsi daha da yaxşılaşdırılıb. Hazırda kollektivin qarşısında duran ən mühüm vəzifə, istehlakçılara göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsi ilə yanaşı istehlak edilmiş elektrik enerjisinin sərfinə görə ödənişlərin 100 faizə çatdırılmasıdır.
"Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA daxil olan məlumata görə, cari ilin iyul ayında Şəki Regional Elektrik Şəbəkəsinin (REŞ) xidməti ərazisində istehlak edilmiş elektrik enerjisinin ümumi miqdarı 33,8 milyon kilovatsaata yaxın olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 milyon kilovatsaata yaxındır. Ümumi ödəniş isə 94 faizə yaxın olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən mütləq 20 faizə yaxın çoxdur. REŞ üzrə ümumi ödənişdə ən yüksək göstərici Balakən EŞ-də (hesabat ayında istehlak edilmiş elektrik enerjisinin istehlak dəyərindən əlavə ötən ayların debitor borcunun müəyyən qisminin də ödənişi təmin edilmişdir), ən aşağı göstərici isə Qəbələ EŞ-də (87,5%) qeydə alınıb. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak 15,3 milyon kilovatsaatdan artıq olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 2,2 faiz çoxdur. Ödəniş isə 94 faiz olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki ödənişdən 113 min manata yaxın və yaxud da mütləq 15 faiz çoxdur. Hesabat ayında bu istehlakçı qrupu üzrə ödənişdə ən yüksək göstərici Balakən EŞ-də (hesabat ayında istehlak edilmiş elektrik enerjisinin istehlak dəyərindən əlavə ötən ayların debitor borcunun müəyyən qisminin də ödənişi təmin edilmişdir), ən aşağı göstərici isə Qəbələ EŞ-də (87,9%) qeydə alınıb.
Qeyd edək ki, cari ilin 7 ayı ərzində müəssisə üzrə ümumi istehlak 223,8 milyon kilovatsaatdan artıq, ödəniş 11,8 milyon manata və ya 88 faizə yaxın olub. Ötən ilin müvafiq dövründə isə bu göstəricilər uyğun olaraq 204,3 milyon kilovatsaatdan, 10,5 milyon manatdan artıq və 86 faiz olub. Nəticədə ötən ilin eyni dövrü ilə müqayisədə ümumi ödəniş mütləq 12 faizə yaxın artıb. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə (cari ilin 7 ayı ərzində) 3,7 milyon kilovatsaata yaxın və yaxud da 3 faizdən çox azalaraq, 110,6 milyon kilovatsaatdan çox olub. Ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq 7 faizə yaxın artaraq 89 faiz olub.
REŞ üzrə cari ilin 7 aylıq yekununa görə ümumi ödənişdə ən yüksək göstərici Balakən EŞ-də (97%), ən aşağı isə Oğuz EŞ-də (79,9%) olub. O cümlədən, daimi əhali istehlakçı qrupunda ən yüksək göstərici Qax EŞ-də (98%), ən aşağı isə Şəki EŞ-də (79,8%) qeydə alınıb.
Xatırladaq ki, REŞ-in tərkibinə Şəki, Zaqatala, Balakən, Qax, Oğuz, İsmayıllı və Qəbələ EŞ-ləri daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB