Ermənistan prezidenti yenə sərsəmlədi

Ermənistan prezidenti yenə sərsəmlədi

Hər dəfə belə olur. Ermənistan prezidenti beynəlxalq tribunalardan ermənilərin məzlum millət olduğu, qonşularə tərəfindən blokadaya alındığı, yaşamağın çətinliyi barədə ağzına gələni danışıb dilənçilik edir. Daxili auditoriyada isə "şirə" dönür. Yadınızdadırsa, bu yaxınlarda gənclərlə görüşü zamanı Sarkisyan "biz Qarabağı aldıq, sizin nəsil isə Ağrını əldə etsin" kimi erməni xəstəliyinin bir əlamətini söyləmişdi. Qarabağ müharibəsində qazanılmış müvəqqəti qələbə erməni prezidentinin başını o qədər xarab edib ki, son vaxtlar artıq sərsəmləyir.

SİA-nın erməni saytlarına istinadən verdiyi məlumata görə, Sarkisyan Göyçə gölü kənarında gənclərlə keçirdiyi görüş zamanı əvvəlki xəstəliyinin hələ də sağalmadığını bir daha sübut edib. Ermənistan prezidenti "Qarabağ münaqişəsi sülh yolu ilə nə qədər tez həll olunsa bir o qədər yaxşıdır, o cümlədən Bakı üçün" deyərək Azərbaycanı hədələyib. Təbii ki, erməni prezidentinin bu sözünün kimə ünvanlandığı və daxili problemləri ört-basdır etmək üçün bundan yaxşı variant tapa bilmədiyi ortadadır.


Bütün xəbərlər Facebook səhifəmizdə