MDB Xarici İşlər Nazirləri Şurasının qarşıdakı iclasında on altı məsələyə baxılması planlaşdırılır

MDB Xarici İşlər Nazirləri Şurasının qarşıdakı iclasında on altı məsələyə baxılması planlaşdırılır

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 2011-ci il sentyabrın 2-də Düşənbədə keçiriləcək iclasında əsasən dövlətlərarası əməkdaşlığın müxtəlif sahələrində birliyin konkret səlahiyyətinə aid on altı məsələyə baxılması planlaşdırılır.SİA-nın məlumatına görə,onlardan ən mühümü MDB dövlət başçıları şurasının növbəti iclasının müzakirəsinə verilməsi planlaşdırılan "MDB-nin 20 illik fəaliyyətinin yekunları və gələcək vəzifələr" analitik məruzəsinin layihəsidir.

XİNŞ-nin iclasında MDB Xarici İşlər Nazirləri Şurasının "İnteqrasiya proseslərinin bir-birini qarşılıqlı surətdə tamamlayan qarşılıqlı faydalı inkişaf xarakterinin təmin edilməsi haqqında" bəyanatı layihəsinin müzakirəsi nəzərdə tutulur.
Humanitar əməkdaşlıq sahəsində 1941-1945-ci illərin Böyük Vətən müharibəsində MDB-nin iştirakçısı olan dövlətlərin xalqlarının igidlik və qəhrəmanlıq xatirəsinin əbədiləşdirilməsi haqqında sazişin və MDB iştirakçısı olan dövlətlərin razılaşdırılmış sosial və demoqrafik siyasəti konsepsiyasının layihələri müzakirə ediləcək.
XİNŞ-nin iclasında həmçinin təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair bir sıra məsələlər, o cümlədən 2012-2014-cü illər üçün qanunsuz miqrasiyaya qarşı mübarizədə MDB iştirakçısı olan dövlətlərin əməkdaşlıq proqramının, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının nümunələrinin ötürülməsi qaydası haqqında sazişin layihələri müzakirə ediləcək.
XİNŞ-nin iclasının gündəliyinə daxil edilmiş digər mühüm məsələlərə MDB-nin gələcək inkişaf konsepsiyasının həyata keçirilməsi sahəsində əsas tədbirlər planının yerinə yetirilməsi gedişi haqqında, MDB İcraiyyə Komitəsində MDB-nin iştirakçısı olan dövlətlər arasında norma vəzifə bölgüsü haqqında, Sərhəd qoşunları komandirləri şurasının Əlaqələndirmə xidmətinin Rusiya Federasiyası ərazisində qalması şərtləri barədə Rusiya Federasiyası hökuməti ilə MDB arasında saziş layihəsi haqqında, Müstəqil Dövlətlər Birliyinin Fəxri fərmanla təltif edilməsi və MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının keçirilməsi haqqında qərar layihələri aiddir.

Bütün xəbərlər Facebook səhifəmizdə