DSX-nin rəisi:\" \"Sınıq körpü\" buraxılış məntəqəsinin fəaliyyəti tam bərpa olunub\"

DSX-nin rəisi:\" \"Sınıq körpü\" buraxılış məntəqəsinin fəaliyyəti tam bərpa olunub\"

\"Azərbaycanın Gürcüstanla sərhəd olan \"Sınıq körpü\" buraxılış məntəqəsinin fəaliyyəti tam bərpa olunub\". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytinant Elçin Quliyev deyib.

Onun sözlərinə görə, buraxılış məntəqəsinin fəaliyyətində son iki gündə yaranan problem gömrük xidmətinin işi ilə bağlı deyil: \"Problem Tovuz rayonunda aparılan qazma işləri zamanı buraxılış məntəqəsində gömrük xidmətini təmin edən kabellərin sıradan çıxması səbəbindən yaranmışdı. Sistemlərin hamısı sıradan çıxmışdı. Hazırda bu problem aradan qaldırılıb. Deyə bilərəm ki, buraxılış məntəqəsi normal fəaliyyət göstərir".

Bütün xəbərlər Facebook səhifəmizdə