ATƏT-in Bakı ofisinin yeni rəhbəri artıq vəzifəsinin icrasına başlayıb
ATƏT-in Bakı ofisi Azərbaycan hökuməti, siyasi partiya və vətəndaş cəmiyyəti ilə məhsuldar əməkdaşıq edir və bu, ölkənin ATƏT önündə götürdüyü öhdəlilkərin icrasında mühüm bir cəhətdir. SİA-nın xəbərinə görə, bunu ATƏT-in Bakı ofisinin yeni təyin edilən rəhbəri, Türkiyə vətəndaşı olan Koray Tarqay deyib. "Mən ATƏT-in hər üç fəaliyyət isitqamətinin icrasında hökumət və vətəndaş cəmiyyəti üzvlərinə yardımçı olmaq anını səbrsizliklə gözləyirəm"- deyə o, əlavə edib.
Qeyd edək ki, Koray Tarqay ATƏT-in Bakı Ofisinə rəhbər təyin olunmazdan əvvəl Türkiyənin Çexiyada səfiri vəzifəsində çalışıb. Diplomat olan Tarqay İsveçrə, Suriya, Kanada, Almaniya və Yunanıstanda bir sıra vəzifələrdə çalışıb və eyni zamanda Türkiyənin Malayziyada səfiri olub. Koray Tarqay ATƏT-in Bakı Ofisinin rəhbəri vəzifəsində fəaliyyət müddəti iyul ayında başa çatmış Əli Bilge Cankoreli əvəz edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB