Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini yenidən pozub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini yenidən pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 14-də saat 09.20-dən 09.50-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 13.30-dan 13.40-dək və 21.45-dən 22.00-dək Ağdam rayonunun Sarıcalı və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərimizi, saat 23.50-dən 00.10-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB