Abdullah Gül: “Cənubi Qafqazda sülh və sabitlik böyük əhəmiyyət daşıyır”
Avropa və Asiyanı birləşdirən Cənubi Qafqazda sülh və sabitlik böyük əhəmiyyət daşıyır. SİA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Abdullah Gül deyib. Onun sözlərinə görə, türk dövlətləri ilə əməkdaşlıq çox qüvvətlidir və bu dövlətlərin güclü olması Türkiyənin mənafeyinə uyğundur: "Hazırda türk xalqlarının daxil olduğu beynəlxalq platformalar da mövcuddur".
Türkiyənin dövlət başçısı həmçinin bildirib ki, rəsmi Ankara bölgəsində mövcud olan ciddi problemləri görür və onların ilk növbədə diplomatik yollarla həlli üçün səylər göstərir: "Regional lider kimi fəaliyyət göstərən Türkiyə çalışır ki, yerləşdiyi coğrafiyada - Cənubi Qafqaz, Balkanlar və Yaxın Şərqdə sülh, sabitlik və rifah bərqərar olsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB