Raqif Abbasov: “İşğal altında olan torpaqlarda beynəlxalq gənclərlə bağlı hər hansı bir tədbirlərin keçirilməsi mümkün deyil”- MÜSAHİBƏ (SƏS TV)
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovun SƏS TV-yə müsahibəsi:
- Azərbaycan gənclərinin dünya gəncləri ilə əməkdaşlıq əlaqələri hansı səviyyədədir?
- İlk növbədə gənclərimizi Beynəlxalq Gənclər Günü münasibəti ilə təbrik edirəm. Bildiyimiz kimi, ilk dəfə olaraq 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər günü kimi qeyd olunması qərara alınıb. 2001-ci ilin sonundan isə bu gün rəsmi şəkildə qeyd olunmağa başlayıb. Gənclərin beynəlxalq əlaqələrini gücləndirib bu sahədə işlər aparırıq. Gənclər və idman nazirliyi və onun tabeliyində olan təşkilatlar dövlət gənclər siyasətini həyata keçirərkən beynəlxalq əlaqələrə xüsusi önəm verir. Və qloballaşan dünyada beynəlxalq əlaqələr və əməkdaşlığın gənclər arasında dünya gəncləri ilə birbaşa təmasın qurulması çox vacibdir. Bu baxımdan ikitərəfli əməkdaşlıq haqqında sənədlərin imzalanması, digər tərəfdən beynəlxalq əlaqələri genişləndirərək beynəlxalq institutlarda Azərbaycan gənclərinin təkcə təmsilçiliyini deyil, həm də rəhbər və həmsədrlər səviyyəsində ölkəmizin və ümumiyyətlə regionumuzun təmsil olunması Azərbaycanda aparılan dövlət gənclər siyasətinin əyani sübutudur. Belə ki, Avropa Şurasının gənclər və idman departamentinin tam hüquqlu üzvü olan bir dövlət olaraq Avropanın müxtəlif beynəlxalq layihələrində Azərbaycanda keçirilən beynəlxalq layihələrin həyata keçirilməsinə nail olmuş və bu proses davam etməkdədir. İstər normativ hüquqi sənədlər vasitəsi ilə, istər dövlətin dəstəyi vasitəsi ilə gənclərin aktivliyi bizi yeni zirvələrə doğru aparır. Beynəlxalq əlaqələr və Azərbaycanın bu əlaqələrdə xüsusi yeri və gənclərin bu sahəyə tövsiyəsi vacibdir.
- Dağlıq Qarabağ məsələsinin dünya gənclərinə çatdırılmasında gəncliyimiz kifayət qədər iş görürmü?
- Azərbaycan həqiqətlərinin xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolunu görürük. Dünyanın aparıcı universitetlərində Azərbaycanı təmsil edərək ölkəmizin həqiqətlərini çatdırılması üçün həmin meydandan istifadə edirlər. İstər internet aksiyaları vasitəsi ilə yaşadıqları və ali təhsil aldıqları müəssisələrdəki beynəlxalq konfranslar vasitəsi ilə dövlətin və onun ayrı- ayrı strukturları vasitəsi ilə təşkil olunan tədbirlər vasitəsi ilə ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişənin həqiqətlərinin dünyaya çatdırılması üçün gənclər və idman nazirliyi və onun tabeliyində olan təşkilatlarda bir çox işlər görülür. İl ərzində dünyanın aparıcı mətbuatlarında Azərbaycan həqiqətləri haqqında yazılan yazıların sayı artıb. İşğal altında olan torpaqlarda beynəlxalq gənclərlə bağlı hər hansı bir tədbirlərin keçirilməsi mümkün deyil. Gənclərin digər ölkədə fəaliyyəti ilə bağlı Heydər Əliyev fondunun vitse- prezidenti Leyla Əliyevanın xidmətlərini xüsusi vurğulamaq lazımdır. Bildiyimizə görə də Rusiyada kifayət qədər azərbaycanlı yaşayır.
- Azərbaycan gənclərinin beynəlxalq aləmə inteqrasiya olunması işi sizi qane edirmi?
- Hər bir şey müqayisə ilə ölçüldüyü üçün keçən əsrin sonlarına nisbətən irəliləyişlər var. Təbii ki, bu gənclərimizə də şamil edilir. Azərbaycan gənclərinin beynəlxalq aləmdə təmsil olunması işi yüksək səviyyədə həyata keçirilir və gənclərimiz bundan yetərincə yararlana bilirlər. Bu da onların inteqrasiya proseslərinə müsbət təsir edir.
- Prezident İlham Əliyevin sərəncamı ilə \"2011- 2015-ci illər üzrə dövlət proqramı\"nın icrası ilə bağlı Şura yaradılıb. Şuranın gördüyü işlərlə bağlı nə deyə bilərsiniz?
- İlk dəfə idi ki, dövlət proqramı icra olunmamışdan öncə ictimai müzakirəyə çıxarıldı. Bu gələcəkdəki inkişafdan irəli gələn məsələlərə yönələn zirvələrə aparan bir proqram olacaq. Hazırda şuranın formalaşdırılması prosesi yekunlaşmaq üzrədir. Burada dövlətlərin ayrı- ayrı strukturlarının təmsilçiləri olacaq. Bununla da gənclərin özünü bir daha təsdiq etmək imkanları olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB