Erməni rejissor Georqi Vanyan: “Ermənistan bu gün artıq nə cəmiyyət, nə də hökümət deyil”
\"Bu gün Dağlıq Qarbağ münaqişəsinin nizamlanması üçün münaqişə tərəfləri öz strateji baxışlarını 180 dərəcə əks istiqamətə dəyişməlidirlər\". SİA-nın xəbərinə görə, bunu "Qruziya Online" saytına müsahibəsində erməni rejissor, "Cənubi Qafqaz inteqrasiyası: Alternativ start\" ictimai birliyinin rəhbəri Georqi Vanyan söyləyib. Onun sözlərinə görə, ilkin olaraq bu addımı Ermənistan tərəfi atmalıdır: "Start siqnalını Kremlin təkidi ilə müharibəni başlayan Ermənistan basmalıdır. Belə ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyü prinsipini qeyd-şərtsiz tanımalı, işğal edilmiş əraziləri isə Azərbaycana qaytarmalıdır. Bundan sonra Azərbaycan və Ermənistan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində yaşayan insanların təhlükəsizliyinə və torpaqlarına qayıtmaq istəyən şəxslərin qayıdışına təminat verə bilərlər".
\"ABŞ və Avropa Birliyi münaqişənin həllində Ermənistana yardım etməkdə nə dərəcədə maraqlıdırlar\" sualına cavabında isə Georqi Vanyan : "Ermənistanın Rusiya ilə forpost münasibətləri rəsmi İrəvanın Qərblə əlaqələrin inkişafına maneçilik törədir. Erməni diasporunun Avropada və ya Amerikada tutduğu mövqe barədə yayılan əfsanələrə gəlincə, onlar artıq öz güclərini 90-cı illərin əvvəlində itiriblər. Diaspor yalnız qrant və yardımlar vasitəsilə maddi vəsaitlərin yığılması ilə məşğuldur. Ermənistan bu gün artıq nə cəmiyyət, nə də hökümət deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB