Rusiyanın müdafiə naziri Anatoli Serdyukov və Azərbaycanın müdafiə naziri Səfər Əbiyev arasında Qəbələ RLS-in icarə müddətinin uzadılması məsələsi müzakirə olunub. SİA-nın \"RiaNovosti\"-yə istinadən verdiyi xəbərə görə, nazirlər arasında görüş Moskvada baş tutub.
Görüşdə nazirlər ikitərəfli hərbi əməkdaşlığın aktual mövzularını və Qəbələ radiolokasiya stansiyasının istifadəsi perspektivlərini müzakirə ediblər.
Qeyd edək ki, Rusiyanın müdafiə naziri Anatoli Serdyukov iyulun 24-25-də Azərbaycanda səfərdə olub. O, keçirdiyi görüşlərdə Qəbələ RLS-in icarə müddətinin artırılması ilə bağlı danışıqlar aparıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB