“Stratfor”: “Bakı müstəqil xarici siyasət yürüdür və heç kimdən asılı olmamağa çalışır”

“Stratfor”: “Bakı müstəqil xarici siyasət yürüdür və heç kimdən asılı olmamağa çalışır”

\"Azərbaycan prezidenti İlham Əliyev 9 avqust tarixində rusiyalı həmkarı Dmitri Medvedevlə görüşmək üçün Rusiyaya işgüzar səfər etdi. Vaşinqton və Moskva arasında Azərbaycanın enerji daşıyıclarına mövcud olan maraq fonunda Rusiya və Azərbaycan bu görüşdən istifadə edərək Ağ evə öz yaxın münasibətlərini yada salırlar\". SİA-nın xəbərinə görə, bu sözlər Amerikanın nufuzlu "Stratfor" mərkəzinin hazırladığı təhlildə bildirilir. Təhlildə Azərbaycan prezidentinin rusiyalı həmkarı ilə görüşü, o cümlədən görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barəsində ətraflı məlumat verilib. Lakin təhlilçilər daha çox diqqəti Rusiya Azərbaycan münasibətinə çəkiblər.

"Stratfor" mərkəzinin rusiyalı təhlilçiləri bildirib ki, Qafqaz regionu Moskva və Vaşinqton üçün qarşıdurma məkanına çevrilib: "Rusiya Azərbaycanla mövcud olan münasibətindən istifadə edərək ABŞ-a Qafqazda sahib olduğu hakimiyyətini sübuta yetirmək istəyir. Eyni zamanda Rusiya Azərbaycanla bağlı qapı arasında görüş keçirməklə Ağ evə Gürcüstana müdaxilə ediləcəyi təqdirdə vəziyyətin heç də müsbətə doğru dəyişməyəcəyini birbaşa göstərmək üçün edir: "Hər hansı bir aqressiv hərəkət cavabsız qalmayacaq".

Təhlilçilər vurğulayır ki, Azərbaycanın da Rusiya ilə münasibətlərini inkişaf etdirməkdə marağı var. Çünki ABŞ-la münasibətlərin hazırki durumunu yaxşı adlandırmaq düzgün olmazdı. Belə ki, Amerikada güclü olan Ermənistan lobbisi Ağ evə təzyiq göstərərək lazım gələndə Azərbaycanın maraqlarına zidd olan qanunlar qəbul edib.

"Stratfor" ekspertləri hesab edir ki, bütün bunlara baxmayaraq ABŞ-ı Azərbaycanın enerji sektoru çox maraqlandırır. Çünki Rusiyanın Qafqazda hakimliyinin artması fonunda ABŞ Azərbaycan enerji daşıyıcılarının hasilatı və nəqlində aparıcı rol oynamaq istəyir. "Sovet İttifaqı süqut etdikdən sonra ABŞ Azərbaycan iqtisadiyyatına xeyli vəsait qoyub. Lakin Vaşinqtonun başı islam ölkələrindəki qarşıdurmalara və münaqişələrə qarışsa da Amerikanın Azərbaycanın enerji sektoruna vəsait yatırmağa vadar edən geosiyasi maraqları qalır və hazırda ABŞ bu maraqların inkişafına təkan vermək istəyindədir. Eyni zamanda neqativ hallarda ortaya çıxa bilər. Belə ki, Rusiya Azərbaycanla yeni enerji sazişi imzalamağa nail olsa, bu, ABŞ-ın regiondakı maraqlarına zərbə olacaq. Bütün bunlara baxmayaraq rəsmi Bakı müstəqil xarici siyasət yürüdür və heç kimdən asılı olmamağa çalışır. Belə ki, Azərbaycan çətin ki, nə vaxtsa bütünlüklə Rusiyanın və ya digər dövlətin tərəfində olsun, çünki rəsmi Bakı öz enerji sektorunun gələcəyinin bir ölkədən asılı olmasını istəmir".

Bütün xəbərlər Facebook səhifəmizdə