MPM qrupunun üzvləri DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin MST-nə başçəkmə həyata keçiriblər

MPM qrupunun üzvləri DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin MST-nə başçəkmə həyata keçiriblər

İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokoluna uyğun yaradılmış Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən,DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlama təcridxanasına (MST) başçəkmə həyata keçirmişlər.

Qrupun üzvləri burada saxlanılan şəxslə təkbətək görüşərək söhbət aparmış, hüquqlarını izah etmişlər. Söhbət zamanı o, saxlanma şəraitindən və MST əməkdaşları tərəfindən ona qarşı rəftardan narazılıq etməmişdir.

Həmin şəxsin razılığı ilə onun bədəninə vizual baxış keçirilmiş, xəsarət əlamətləri aşkar edilməmişdir.

MPM qrupunun üzvləri həmçinin müəssisədə saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olmuşlar.

Müəssisə rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə