Saakaşvili: “Qafqazın azad, vahid və bütöv olması üçün bütün resursları var”

Saakaşvili: “Qafqazın azad, vahid və bütöv olması üçün bütün resursları var”
"Qafqaz ölkələri arasında qarşılıqlı münasibətdə problem olmasına baxmayaraq xalqlar bir-birilərini itirməməlidirlər". SİA-nın məlumatına görə, bu barədə Gürcüstan prezidenti Mixail Saakaşvili Qara dəniz sahilində Ankaliya gənclər lagerində istirahət edən gənc insanlarla söhbəti zamanı bəyan edib. "Böyük problem Azərbaycan və Ermənistan arasındadır ki, bu həm də bizim-gürcü xalqının problemidir. Ancaq mən əminəm ki, Qafqazın bir olacağı, Avropa İttifaqı, Benilyuks, Skandinaviya ölkələri kimi problemlərini birgə həll edəcəyi gün uzaqda deyil",-deyə Saakaşvili bildirib. Gürcüstan prezidenti hesab edir ki, Qafqazın azad, vahid və bütöv olması üçün bütün resursları var.\"Qafqazın azad, vahid və bütöv olması üçün bütün resursları var, təbi ki, öz sərhədlərinin, xalqının, özünəməxsusluğunun qorunması şərti ilə, amma yenə də bu vahid regiondur\", -deyə Saakaşvili qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə