Türkiyə və Qazaxıstanın xarici işlər nazirləri Ankarada birgə mətbuat konfransı keçiriblər
Türkiyə və Qazaxıstanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Yerjan Kazıxanov Ankarada görüşdükdən sonra birgə mətbuat konfransı keçiriblər. SİA-nın məlumatına görə, Əhməd Davudoğlu dost və qardaş ölkə olan Qazaxıstanın yeni təyin olunmuş xarici işlər nazirinin ilk səfərini Ankaraya etməsindən məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, bu il müstəqilliyinin 20-ci ildönümünü qeyd edən Qazaxıstanın uğurları və beynəlxalq aləmdə nüfuzunun artması Türkiyəni sevindirir: "Ankara qardaş ölkənin BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv olmasına dair müraciətini də dəstəkləyir. Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin 5 milyard dollar olması və yaxın gələcəkdə bu rəqəmin 10 milyard dollara çatdırılması hədəfi əməkdaşlığın yüksək səviyyəsindən xəbər verir".
Türkiyəli həmkarı ilə ikitərəfli siyasi əlaqələr, nəqliyyat, enerji və digər məsələləri müzakirə etdiklərini bildirən Yerjan Kazıxanov deyib ki, onun ölkəsi noyabrda keçiriləcək Türkdilli Ölkələrin Zirvə Görüşünə hazırlığı davam etdirir. Qazaxıstanlı nazir bu toplantıda iştirak etmək üçün dəvəti Türkiyə Prezidenti Abdullah Gülə təqdim etdiyini də bildirib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB