Feliks Xaçatryan: “Sarkisyan xalqın taleyi haqqında belə narahatdırsa, buyursun, istefaya getsin”

Feliks Xaçatryan: “Sarkisyan xalqın taleyi haqqında belə narahatdırsa, buyursun, istefaya getsin”

"Ermənistanı böhrandan çıxarmağın yeganə yolu növbədənkənar prezident və parlament seçkiləridir". SİA-nın məlumatına görə, bu sözləri Ermənistan Xalq Partiyasının idarə heyyətinin katibi, Erməni Milli Konqresinin (EMK) üzvü və Konqresin hakimiyyətlə danışıqlardakı nümayəndəsi Feliks Xaçatryan mətbuat konfransında deyib. O bildirib ki, Ermənistanda kütləvi aksiyalar başlaya bilər: "Əgər sentyabra qədər "hakimiyyət – EMK" dialoqunda növbədəkənar seçkilər barədə razılıq baş tutmasa, Erməni Milli Konqresi danışıqları dayandıracaq və ölkənin taleyini onun sahibinə, yəni xalqa həvalə edəcək. Sözügedən məsələ həll olunmasa, Ermənistanda kütləvi etiraz aksiyaları başlayacaq və bu, hakimiyyətin mövqeyinə ciddi təsir göstərəcək. Bir sözlə, Serj Sarkisyan xalqın taleyi haqqında belə narahatdırsa, buyursun, istefaya getsin".

Bütün xəbərlər Facebook səhifəmizdə