Sarkisyanın sərsəm bəyanatına etiraz XİN-dən gəldi

Sarkisyanın sərsəm bəyanatına etiraz XİN-dən gəldi

Sarkisyanın sərsəm bəyanatına etiraz Azərbaycan Xarici İşlər Nazirliyindən də gəldi. SİA-nın məlumatına görə, bəyanatı Nazirliyin mətbuat katibi Elxan Poluxov açıqlayıb.

"Öz mənafeyi və şəxsi maraqları naminə əhalisinin problemləri ilə bağlı narahat olmayaraq Ermənistanı həm iqtisadi, həm də siyasi baxımdan pat vəziyyətinə salan insan humanizm və demokratiya haqqında fikir yürüdərək özünə kənardan baxmağı unudur", - mətbuat xidmətinin rəhbəri qeyd edib və bildirib ki, belə bir bəyanatdan dərhal sonrakı gün erməni snayperinin açdığı atəş nəticəsində Qazax rayonunun Məzəm kəndində 24 yaşlı Poladova Rahibə Firudin qızının yaralanması artıq Serj Sarkisyanın növbəti işğallara verdiyi tövsiyələrin və bunun üçün hətta mülki əhalinin, o cümlədən azyaşlı uşaq və qadınlara qarşı amansızlıqlara verilən xeyir-duasının nəticəsidir.


Bütün xəbərlər Facebook səhifəmizdə