Türkiyə XİN: “Sarkisyanın məsuliyyətsizliklə istifadə etdiyi sözlər sülh üçün səy göstərməyə niyyəti olmadığını göstərir”

Türkiyə XİN: “Sarkisyanın məsuliyyətsizliklə istifadə etdiyi sözlər sülh üçün səy göstərməyə niyyəti olmadığını göstərir”

"Ermənistanda 25 iyul 2011-ci il tarixdə keçirilən erməni dili və ədəbiyyatı müsabiqəsində şagirdlərdən birinin verdiyi suala prezident Serj Sarkisyanın verdiyi cavabı şiddətlə qınayırıq". SİA-nın xəbərinə görə, bu sözlər Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında yerlşdirilən bəyanatda öz əksini tapıb.

Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan prezidenti Serj Sarkisyanın hərəkətini məsuliyyətsizlik kimi dəyərləndirib: "Öz ictimaiyyətini, xüsusilə gəncləri sülh, əminamanlıq və rifah dolu gələcək üçün hazırlamaq dövlət adamlarının əsas vəzifələrindən biri olmalıdır. Bunun əksinə bir rəftarla xalqlar arasında ədavət və nifrət ideologiyasını təhrik edəcək şəkildə gənclərə və gələcək nəsillərə yol göstərmək məsuliyyətsiz bir hərəkətdir".

Bəyanatda həmçinin deyilir: \"Regionda sülhü təsis etməyə istiqamətlənmiş axtarışların sürətləndiyi bir vaxtda Sarkisyanın məsuliyyətsizliklə istifadə etdiyi sözlər sülh üçün səy göstərməyə niyyəti olmadığını göstərir.

Regionda sülh, əminamanlıq və ədalətin hakim olunması üçün səy göstərən hər kəsin Sarkisyanın təəssüflə qarşıladığımız sözlərindən lazımi nəticəni çıxaracağına inanırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə