- Məşhur serb terrorçu, Avstriya-Macarıstan vəliəhdinin qatili Qavrilo Prinsip anadan olub (1884)
- Məşhur fiziklər Pyer və Mariya Küri evlənib. Ailə qurandan bir neçə il sonra onların hər ikisi Nobel mükafatına layiq görülüb (1895)
- Fransız Lui Bleros ilk dəfə La Manş boğazını aeroplanla keçməyə nail olub. Uçuş 37 dəqiqə davam edib (1909)
- Üzdəniraq Bakı Soveti ingilislərin Bakıya dəvət olunması barədə qərar qəbul edib (1918)
- Azərbaycan-türk (Osmanlı) qüvvələrinin Kürdəmir-Şamaxı cəbhəsi istiqamətindən Bakıya doğru irəlilədiyini görən daşnak-bolşevik "Bakı Soveti" hökuməti İran (Cənubi Azərbaycan) ərazisindəki ingilis qoşunlarını köməyə çağırmaq barədə qərar qəbul edib (1918)
- Azərbaycan Xalq Cümhuriyyətinin nizami ordu hissələri Muqan-Lənkəran bölgəsindəki üsyanı yatırıblar (1919)
- Yunanıstan Trakyanı işğal edib (1920)
- Naxçıvan MSSR Ali Sovetinin birinci çağırış birinci sessiyası işə başlayıb (1938)
- Praqada I beynəlxalq gənclər və tələbələr festivalı keçirilib (1947)
- Nazim Hikmət türk vətəndaşlığından çıxarılıb (1951)
- Rus müğənni-aktyor Vladimir Vısotski vəfat edib (1980)
- Qadın kosmonavtlar arasında ilk dəfə Svetlana Savitskaya açıq kosmosa çıxıb (1984)
- Hacı Salman (Salman Musayev) Qafqaz müsəlmanlarının müftisi seçilib (1989)
- SSRİ-nin siyasi rəhbərliyi - Sov.İKP Mərkəzi Komitəsi Dağlıq Qarabağdakı qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi barədə qərar qəbul edib (1990)
- Azərbaycan Respublikası ilə Sudan dövləti arasında diplomatik münasibətlər qurulub (1992)
- Azərbaycan və Rusiya Federasiyası arasında yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyası sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb (1995)
- Qalxdıqdan 2 dəqiqə sonra səsdənsürətli "Concorde F-BTSC" təyyarəsi qəzaya uğrayıb, 110 nəfər həlak olub (2000)
- Aleksandr Lukaşenko ölkəyə neft gətirən şirkətlərə şəhərlərin təmizliyi ilə məşğul olan qurumları pulsuz yanacaqla təmin etmək barədə göstəriş verib (2002)
- Azərbaycan Respublikasının Milli
Təhlükəsizlik Nazirliyi və İran İslam Respublikasının Təhlükəsizlik Nazirliyi
arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb (2002)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB