Türk və erməni iş adamları saziş imzaladı

Türk və erməni iş adamları saziş imzaladı

Türkiyə və Ermənistan biznesmenləri Yerevanda keçirilən görüşdə qarşılıqlı ticarəti və turizmi inkişaf etdirmək barədə saziş imzalayıblar. SİA-nın məlumatına görə, bu barədə Ermənistanın Sənayeçilər və İş adamları Birliyinin sədri Arsen Qazaryan açıqlaması zamanı deyib. O bildirib ki, hazırda Türkiyə ilə Ermənistan arasında ticarət dövriyyəsi 250 milyon dollar olsa da, iki ölkə arasında birbaşa quru yolu yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə